1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı ilk dərslik və onun tədris proqramı işıq üzü gördü
19.01.2021

Ölkədə ilk dəfə olaraq rəqəmsal ödənişlər sahəsində uzun illər ərzində toplanmış təcrübəni özündə əks etdirən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun tədris proqramı dərc olunub. 

Dərslik, Bank of Baku-nun “Ödəniş sistemləri departamenti”nin direktor müavini Tamerlan Rüstəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Xəyaləddin Tağıyevin birgə əməyi sayəsində hazırlanıb.  

Müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf edən rəqəmsal ödənişlərlə bağlı həm nəzəri, həm praktiki bilik və təcrübələri özündə əks etdirən bu dərslikdə “hörümçək toru” prinsipi və onun şərhi, habelə ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətlərinin xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətlərinə dair geniş məlumatlar yer alıb. Həmçinin, real təcrübəyə əsaslanan bu dərslikdə elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər sahəsində innovativ həllər və tgexnologiyalar, habelə fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri də qeyd edilmişdir. 

Ölkəmizdə bu sahədə ilk dəfə nəşr olunan dərslik cəmiyyətimizdə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətəri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayacaqdır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment