1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AQTA maarifləndirir: Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?
19.01.2021

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə qida məhsullarının müştərilərə çatdırılması xidməti haqqındadır.

Pandemiya dövründə ictimai iaşə müəssisələrindən qida məhsullarının müştərilərə çatdırılması xidməti sahəsində fəaliyyətlər nəzərə çarpacaq səviyyədə genişləndi. Məlum olduğu kimi, COVID-19-a yoluxma riskini azaltmaq üçün ictimai iaşə müəssisələrinin fəaliyyətini tənzimləyən bir sıra metodiki göstərişlər və xüsusi nəzarət mexanizmləri tətbiq edilir. Bu məkanlardan qida məhsullarının müştərilərə çatdırılması xidmətinin təşkili də Nazirlər Kabinetinin müvafiq qərarları və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Qida məhsullarının çatdırılması xidmətini göstərən ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, hazır qida məhsullarının çatdırılması sanitar-epidemioloji tələblərə uyğun olan və lazımi avadanlıqlarla təchiz edilmiş daşınma vasitələrində aparılmalıdır.

Müştərilərə çatdırılma xidməti qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını təmin edən şərtlərə uyğun formada, eləcə də pandemiya şəraitinə uyğun qaydada həyata keçirilməlidir. Qida məhsullarının çatdırılması zamanı ilk növbədə daşınma qaydalarına düzgün riayət olunmalıdır. Daşınma şərtləri qida məhsullarının, hazırlanmış yeməklərin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Yoluxucu xəstəliklərin baş verməməsi və fiziki çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması xüsusi, təmiz nəqliyyat vasitəsilə həyata keçirilməlidir. Belə ki, nəqliyyat vasitəsi məhsulun daşınma qaydasına uyğun olmalıdır. Nəqliyyatın şəraiti (temperatur, rütubət) hər bir ərzaq məhsulu üçün normativ və texniki sənədlərin tələblərinə, xüsusilə də tez xarab olan qidaların daşınması qaydasına uyğun təchiz edilməlidir. Tez xarab olan məhsullar soyuducu və ya dondurucu ilə təchiz olunmuş nəqliyyat vasitəsilə daşınmalıdır. Bundan başqa, məhsulların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin daxili hissəsi asan yuyulan və dezinfeksiya oluna bilən materialdan hazırlanmalıdır. Nəqliyyat vasitələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına ciddi əməl edilməlidir. Müntəzəm təmizlik-dezinfeksiya tədbirləri nəqliyyatın səthindəki patogenləri məhv edir ki, bu da qidanın, yeməklərin çirklənməsi ehtimalını aradan qaldırır. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Dezinfeksiyaedici maddələr lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir. Bundan başqa, yalnız qida sahəsində istifadə üçün təsdiq edilmiş dezinfeksiyaedicilərdən istifadə olunmalıdır. Bu tip məhlullar mikroorqanizmləri effektli şəkildə məhv edir, eyni zamanda  qidanın tərkibində, keyfiyyətində hər hansı dəyişikliyə səbəb olmur. Dezinfeksiya işlərindən sonra nəqliyyat vasitəsinin içərisi mütləq havalandırılmalıdır. Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması da mütləqdir.

Yeməklər qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmamalıdır. Qida məhsullarının daşınması zamanı mal qonşuluğu qaydalarına riayət olunmalıdır. Xüsusilə də eyni avtomobildə daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalıdır, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir. 

Yeyinti məhsullarının müştərilərə çatdırılmasını həyata keçirən işçi heyət təmiz iş geyimi, eyni zamanda gün ərzində bir çox müştəri ilə təmasda olduğundan dezinfeksiyaedici məhlulla, qoruyucu və digər gigiyenik vasitələrlə təmin edilməlidir. Sifariş edilmiş qida məhsulu şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaqla müştərilərə təhlükəsiz çatdırılmalıdır. Şəxsi gigiyena qaydalarına riayət etmək qida mənşəli, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasının ən effektiv üsullarından biridir. Belə ki, qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Qidanın çatdırılmasında iştirak edən şəxslər saçlarını qapalı saxlayan baş örtüklərindən və əlcəklərdən istifadə etməlidirlər. Əlcəklər çirkləndikdə və ya zədələndikdə dəyişdirilməlidir. Əllərin gigiyenasında dırnaqların təmizliyi də diqqətdə saxlanmalıdır. Dırnaqlarda çirk və mikroblar infeksiyanın yayılmasına səbəb olur. Buna görə də dırnaqlar qısa və təmiz saxlanmalıdır.

Qida məhsulunun hazırlandıqdan sonra 3 saat ərzində realizasiya olunması tövsiyə edilir. Əks təqdirdə daşınılan qida məhsulunun temperatur göstəriciləri istehlak üçün uyğun olmayan həddə çatır. Daşınma zamanı xüsusi temperatur rejiminə əməl olunması şərtdir. Temperatur rejiminin uyğunluğu qidaların uzun məsafələrə daşınması zamanı xüsusilə vacibdir. Xatırladaq ki, şorba və digər birinci yeməklərin istehlakdan öncə temperaturu minimum 75° C, ikinci yeməklər üçün minimum 65° C olmalıdır. Yeməklər üçün souslar ayrı, məhsula uyğun qablaşmada çatdırılmalıdır. Soyuq qəlyanaltılar və soyuq içkilər (şirələr, kompotlar) 7-14° C temperaturda daşınmalıdır. Süd, dəniz məhsulları və digər tez xarab olan məhsullardan hazırlanmış yeməklərin daşınması zamanı “soyuq zəncir prinsipi”nə mütləq əməl olunmalıdır. Bu tip tez xarab olan qidaların daşınması zamanı  məhsulların daxili temperaturunun 6° C–dən  yuxarı olmaması vacibdir. Tez xarab olan məhsullar helium tərkibli buz akkumulyatoru ilə təchiz olunmuş termokonteynerdə daşınmalıdır. Konteynerin üzərindəki etiketdə müştərinin adı, yeməyin bişmə vaxtı, qablaşdırılma saatı və saxlanma şəraiti barədə məlumat qeyd olunmalıdır. Etiketdə qabın çəkisi, tərkibi, qidanın kalori miqdarı və allergenlər haqqında məlumat da göstərilməlidir.

Kremli qənnadı məmulatların daşınması zamanı xüsusi temperatur rejiminə əməl olunmalıdır. Bu tip məhsullar maksimum 6o C temperaturda refrijeratorlu nəqliyyat vasitələri ilə daşınmalıdır. Məhsulların fiziki çirklənmədən qorunması üçün qapaqlı metal və plastik qablarda, tortların isə istehsalçı tərəfindən qablaşdırılmış karton qutularda daşınması şərtdir. Ümumiyyətlə, daşınılan məhsulların qablaşması hər bir qidanın növünə uyğun olmalıdır. Məhsulun müştəriyə təhlükəsiz çatdırılması üçün qablaşmasının zədələnməməsinə xüsusi diqqət etmək lazımdır ki, qidanın keyfiyyətinin qorunması təmin olunsun.  

Qidanın çatdırılması zamanı mikrob və bakteriyaların təsirini minimuma endirmək üçün pulla mümkün qədər az təmas etmək, nağdsız ödənişə üstünlük vermək daha məqsədəuyğundur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment