1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


Azərbaycanda quşçuluğun inkişafına həsr olunan iclas keçirildi
13.01.2021

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycanda quşçuluğun inkişafı mövzusunda video-konfrans keçirilib. 

Video-konfransda ASK prezidenti Məmməd Musayev, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. 

Tədbiri açan M.Musayev bildirib ki, 2021-ci ilin Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər. Ölkəmizin ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var. Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır.  

“Azərbaycan yumurta ilə özünü tam təmin edir, quş ətində isə 25% idxaldan asılılıq qalır. Hesab edirəm ki, quş ətinə olan daxili tələbatı da təmin etməyə imkan verən potensial mövcuddur və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş  dəstək verir”, - deyə Konfederasiya prezidenti qeyd edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Eyni zamanda, Nazir ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu sahədə fəaliyyət göstərən sahibkarların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib. Q.Təhməzli ölkə iqtisadiyyatının inkişafı, milli sahibkarların dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Agentlik sədri Azərbaycanda quşların pərakəndə satışının epizodik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırb və bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

ASK-nın vitse-prezidenti Zakir Əzimov son 2 ildə quş əti istehsalının 10 min ton azalmasına diqqət çəkərək, xaricdən idxalın 38 min tona qədər artdığını bildirib. Eyni zamanda, soya yağlarının bahalanmasının məhsulun maya dəyərinin yüksəlməsinə, Rusiya və Ukraynadan idxal olunan quş əti məhsulları ilə rəqabətdə yaranan vəziyyət müzakirə edilib. 

Müzakirələr nəticəsində ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb. 

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment