1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank özünüməşğulluq layihəsini başa çatdırıb
13.01.2021

Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bu istiqamətdə bir çox böyük layihələrə imza atan bank, daha bir layihəni uğurla başa çatdırıb. Bank, məqsədi həssas əhali qruplarının şəxsi biznesini yaratmaq olan özünüməşğulluq layihəsini yekunlaşdırıb. Ötən il boyu həyata keçirilən layihə çərçivəsində həssas əhali qrupuna daxil olan 45 vətəndaş Unibank tərəfindən qurmaq istədikləri şəxsi bizneslərinə uyğun avadanlıqla təmin olunub. Müxtəlif istehsal və xidmət sahələrinə aid olan bu avadanlıqlar sayəsində artıq vətəndaşların əksəriyyəti şəxsi ailə bizneslərini formalaşdıra biliblər.   

Qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir. Bu memоrandum ölkə banklarının layihədə iştirakına imkan yaradıb. Unibank da daxil olmaqla, layihəyə qoşulan banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment