1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının cərrahı Kamram Beydullayev
12.01.2021

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının cərrahı Kamram Beydullayev “Öd daşının yaranma səbəbləri nədir?”  sualını cavablandırıb.

Öd daşlarının yaranma səbəbini 3 qrupa bölmək olar: metabolik, infeksion və öd durğunluğu.

Metabolik səbəb: Ödlə çoxlu miqdarda suda həll olmayan xolesterol maddəsi ifraz olunur. Xolesterolun suda həll olmasını, onun öd duzları və fosfolipidlərlə birləşməsi nəticəsində  əmələ gələn və mitsella adlanan strukturlar təmin edir. Mitsella strukturların suda həll olmayan yağ hissələri daxili tərəfdə, su xoşlayan hissələri isə kənar sərhədlərdə düzülür və belə quruluşu sayəsində bu strukturlar suda həll olur. 

Ödün tərkibində xolesterolun miqdarı onları həll edə biləcək vəziyyətə gətirən öd duzları və fosfolipidlərdən çox olduqda, öd kristalları əmələ gəlməyə başlayır. Bu cür öd həddən artıq doymuş və ya litogenik öd adlanır. Yaş artdıqca, qadın cınsındə, artıq çəkisi olan insanlarda və bəzi dərmanların təsirindən ödün tərkibində olan xolesterolun miqdarı arta bilər. 

Eyni zamanda bəzi təsirlərdən xolesterolun həll olmasını asanlaşdıran öd duzları və fosfolipidlərin miqdarı azala bilər. Məsələn, estrogen qəbulu buna səbəb ola bilər. 

Bu vəziyyətlərin hamısı öd daşlarının əmələ gəlmə riskini artırır. Buna baxmayaraq, bu şərtlər olan bir xeyli insan var ki, onlarda öd daşları yaranmır. Bu da o deməkdir ki, öd daşlarının yaranması üçün başqa şərtlər də vardır. Hemoliz olan xəstələrdə piqment daşları əmələ gəlir. Hereditary Spherocytos, oraqvari hüceyrə anemiyası, talassemiya, malyariya xəstəlikləri və ürəkdə olan protezlər səbəbindən qırmızı qan hüceyrələrinin parçalanması bu vəziyyəti yarada bilir. Piqment daşlar həm də öd yolları daralmalarında əmələ gələ bilər. 

İnfeksion səbəb: Daş əmələ gəlmə prosesində infeksiyanın rolu tam aydın deyil. Adətən xəstələrdən götürülmüş daşlar steril olur. Amma bir sıra öd daşlarının mərkəzində mikroblar aşkarlana bilir. Helikobakter Pilori bakteriyasının antigeni tərkibində daş olan bir sıra öd kisələrində tapılmışdır. 

Öd durğunluğu: Bəzi vəziyyətlərdə öd kisəsinin yığılma qabiliyyəti azalır. Bunlara hamiləlik dövründə esterogen səbəbindən və trunkal vaqotomiya (azan sinirin kəsilməsi) zamanı baş verən vəziyyətləri misal göstərmək olar. Bu vəziyyətlərin hamısında öd daşının rastgəlmə ehtimalları yüksəkdir. Uzun müddət parenteral qidalanmada (xəstə ağızdan deyil, damardan qidalanır) olan xəstələrdə öd daşları tez-tez rast gəlinir. Ağızdan qida qəbulunun azalması 12 barmaq bağırsağın selikli qişasından ifraz olunan və öd kisəsinin yığılmasına səbəb olan xolesistokinin adlanan maddənin ifrazını azaldır.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment