1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti İran səfirini qəbul edib
12.01.2021

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Yanvarın 8-də keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bu məqsədlə özəl sektoru təmsil edən sahibkarların işbirliyinin artırılması yolları müzakirə edilib. 

Konfederasiya prezidenti İranın iri biznesə dəstək təşkilatları ilə ASK arasında məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. Məmməd Musayev işğaldan azad olunan ərazilərin böyük hissəsinin İranla Azərbaycan sərhəddinə düşdüyünü və bunun da həmin ərazilərdə investisiya üçün geniş imkanlar yaratdığını vurğulayıb. 

Öz növbəsində, S.A.Musəvi hər iki dövlət başçılarının müdrik siyasəti nəticəsində münasibətlərin yüksək səviyyədə olduğunu, səfir kimi əsas fəaliyyət istiqamətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcəyini bildirib. O, Azərbaycanda İran Ticarət Evinin yaradılmasının, İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.

Səfirin sözlərinə görə, ölkəmizə gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.

Eyni zamanda, Seyid Abbas Musəvi cari ilin 18-19 yanvar tarixlərində Tehranda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının da iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. 

Daha sonra, S.A.Musəvi Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video- konfrans keçirməkdə maraqlı olduqlarını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.

ASK prezidenti Məmməd Musayev 2020-ci ilin dünya iqtisadiyyatı üçün çətin il olduğunu, lakin ölkəmizin iqtisadi dayanıqlığını qoruyub saxladığını, 30 illik işğala son qoyduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qonşu ölkələrlə qurduğu yüksək siyasi dostluq əlaqələrinin iqtisadi münasibətlərin inkişafı üçün böyük rol oynadığı söyləyib. Konfederasiya prezidenti hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün Ticarət Evinin açılmasının vacibliyini vurğulayaraq bunun üçün ASK-nın hər cür dəstək verməyə hazır olduğunu bildirib. 

Həmçinin, Məmməd Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi haqqında qonaqlara məlumat verərək, orada sədr müavini olduğunu nəzərə çatdırıb. O, Konqresə üzv ölkələrə çıxış üçün iranlı sahibkarlara dəstək verməyə hazır olduğunu bildirərək, Rusiya-Azərbaycan-İran Biznes Şurası formatının yaradılmasını təklif edib.

Səfir S.A.Musəvi təkliflərə və səmərəli müzakirələrə görə ASK prezidentinə təşəkkürünü bildirib. 

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment