1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə edilən...
08.01.2021

Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə edilən üçüncü ən ağır COVID-19 xəstəsi şəfa tapıb

Mərkəzi Gömrük Hospitalının  pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə bütün tibb personalı yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə ən innovativ tibbi avadanlıqlarla təmin edilmiş klinik şöbələr və PZR laboratoriyası Hospitalın tibb personalına koronaviruslu xəstələrin müalicəsini uğurla aparmağa imkan verir.

Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir. Bu günlərdə Hospitalın yüksəkixtisaslı reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə olunmuş üçüncü xəstə evə yazılacaq. 

Qeyd edək ki, EKMO-nun əsas məqsədi ənənəvi müalicəyə tabe olmayan ağır xəstələrdə orqan və toxumalara oksigen verilməsini optimallaşdırmaqdır. EKMO aparatına ağciyərlərinin 90%-i zədələnmiş, qan qazlarında ciddi mənfi dinamika müşahidə olunan xəstələr qoşulur. Belə ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur. EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq müddətdə fəaliyyət göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandırır. EKMO – müasir və yüksək texnoloji bir müalicə üsuludur.

Hospitalın Reanimasiya və İntensiv terapiya şöbəsinin rəisi Dr.Tural Sadıqovun rəhbərliyi altında reanimatoloqlar – Dr. Mehdi Əliyev, Dr. Rəşad Nəsirli, 

Dr. Könül Həsənova, Dr. Təranə Göyüşova, Dr. Xəyal Məmmədov, Dr. Sevda Quliyeva, Dr. Mirmənsim Məmmədov, ürək-damar cərrahı  Dr. Kənan Əsədovdan  ibarət peşəkar həkim briqadası  ən ağır COVİD-19 xəstələrinin EKMO aparatına qoşulmasını uğurla icra edirlər. Respublika Diaqnostika Mərkəzinin yüksəkixtisaslı kardioloq-perfuzioloqu,  Azərbaycanda EKMO cihazının tətbiqi üzrə peşəkar, yüksəkixtisaslı mütəxəssislərdən biri olan Dr. Anar Məhərrəmov da Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin tibb heyəti ilə çiyin-çiyinə çalışaraq,  ağır koronaviruslu xəstələrin EKMO üsulu ilə müalicəsində  fəal iştirak edir. 

COVID-19 pandemiyası səngimək bilmədən davam edir və koronavirusla mübarizəyə ölkəmizin ən peşəkar, ən təcrübəli həkimləri səfərbər olunub. Bu gün məhz belə peşəkar, yüksəkixtisaslı həkimlərin sayəsində Mərkəzi Gömrük Hospitalında ağır koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan düzgün və səmərəli istifadə edilməsi mümkün olub.

Ən ağır COVID-19 xəstələrini EKMO cihazına qoşaraq, onların müalicəsində uğurlara imza atan Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandasına uğurlar diləyirik. Hər birinə möhkəm can sağlığı, Azərbaycan tibbinin inkişafına verdikləri layiqli töhfələrə görə peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment