1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının “Patomorfoloji diaqnostika” şöbəsinin rəisi
07.01.2021

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının “Patomorfoloji diaqnostika” şöbəsinin rəisi, uzman-patomorfoloq  Zərifə Yusifli  “COVİD-19  virusu insan orqan və toxumalarında hansı dəyişiklikləri törədir?” sualını cavablandırıb. 

COVID-19 xəstəliyi SARS-CoV-2 koronavirusu tərəfindən törədilən virus mənşəli infeksiyadır. SARS-CoV-2 virusu insan orqanizminə angiotenzin çevirici ferment 2 (ACE2) reseptoruna bağlanaraq daxil olur. ACE2 reseptorları tənəffüs sistemi epitel hüceyrələri, damar endotel hüceyrələri, böyrək epitel hüceyrələrində yüksək miqdarda rast gəlinir. Məhz buna görə xəstəlik zamanı daha çox bu orqan və toxumalar zədələnir. 

• Makroskopik olaraq ağciyərdə ödem, ağciyər çəkisinin artması, yayğın qansızmalar, ağciyər arteriyasının trombla tutulması, plevral iltihabi  proses görülə bilər.

• Histoloji olaraq ağciyərdə kəskin mərhələdən fibrotik mərhələyə qədər dəyişə bilən diffuz alveolyar zədələnmə müşahidə edilir.  

• Ağciyər damarları və alveolyar epitelin keçiriciliyi artır. Hüceyrəarası sahədə və alveol boşluqlarında proteinoz maye yığılması, alveol divarlarında iltihabi hüceyrələrin toplanması və fibroblastların proliferasiyasına bağlı qalınlaşma baş verir. Bu isə qaz mübadiləsinin pozulmasına, o cümlədən oksigenin qəbul edilməsinin azalmasına və hipoksemiyaya səbəb olur.

COVID-19 zamanı əsas ağırlaşmalar olaraq pnevmoniya (75%), kəskin respirator distress sindromu (15%), kəskin qaraciyər zədələnməsi (19%), ürəyin zədələnməsi (7-17%), qan laxtalanmasının artması – protrombotik koaqulopatiya (10-25%), kəskin böyrək zədələnməsi (9%), kəskin serebrovaskulyar xəstəlik (3%), şok (6%) diqqəti çəkir.

Kardiovaskulyar sistemdə – perikardial ödem və effüziya, miokard ödemi, endotelit;

Qaraciyərdə – steatoz, hepatik nekroz, endotelit;

Böyrəkdə – kəskin tubular zədələnmə, damarlarda fibrin və hiyalin trombuslar, tubulointerstisyal iltihab; 

Mədə-bağırsaq sistemində – işemik enterokolit, endotelit;

Dalaqda – nekroz, atrofiya, hemorragiyalar və infarkt;

Sümük iliyində – histiositik hiperplaziya və hemofaqositoz kimi toxuma dəyişiklikləri görülə bilər.

Həmçinin hamiləlik zamanı virusa yoluxmuş pasiyentlərdən doğum sonrası incələnən plasental nümunələrdə damar zədələnməri – intervilloz tromboz və desidual arteriopatiya görülmüşdür.

COVİD-19 virusu olduqca təhlükəli fəsadlara və qalıcı zədələnməyə gətirib çıxara bilər. Özünüzü, ailənizi  və ətrafınızdakı insanları mühafizə etmək üçün bütün virusdan qorunma qaydalarına riayət edin. 

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment