1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


IBA Mobile yükləyən hər kəs ƏDV faizlərini geri alır!
06.01.2021

Universal bank olaraq faydalı məhsul və xidmətlər təqdim edən Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini geri almaq üçün daha sadə və asan imkan yaradıb. İndi hər kəs bu Bankın IBA Mobile tətbiqini yükləməklə ƏDV faizlərini ən rahat şəkildə geri ala bilər. Bu imkandan həm Bankın müştəriləri, həm də müştəri olmayanlar faydalana bilərlər. ƏDV faizlərini https://edvgerial.ibar.az portalı vasitəsilə də geri almaq mümkündür. 

Bundan ötrü sadəcə olaraq Bankın mobil tətbiqində, yaxud https://edvgerial.ibar.az portalında qeydiyyatdan keçmək və virtual kartı aktivləşdirmək kifayətdir. Qeydiyyatla əlaqədar daha ətraflı məlumatı https://edvgerial.ibar.az saytından və ya 937 nömrəli Məlumat Mərkəzimizdən ala bilərsiniz. 

Virtual kart aktivləşdirildikdən sonra müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir.

ƏDV faizlərini geri alan müştərilərə Azərbaycan Beynəlxalq Bankının yaratdığı daha bir üstünlüksə bundan ibarətdir ki, QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur. Bunu gözləmədən, elə kassa qəbzini alandan dərhal sonra edə bilərsiniz. 

Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. 

Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər.     

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 39 filial və 37 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment