1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Vətən Müharibəsində iştirak etmiş bu hərbçilərin ipoteka öhdəliyini həyat sığorta şirkətləri qarşılayır
28.12.2020

Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4119 nəfər hərbiçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir. 

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment