1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan COVID-19 təminatlı yeni “COVID Yardım” tibbi sığorta məhsulu!
22.12.2020

Gözlənilmədən ortaya çıxan bütün situasiyalara çevik şəkildə uyğunlaşan və hər zaman müştərilərin ehtiyac duyduğu məhsulları təqdim edən PAŞA Sığorta, gərgin keçən pandemiya dövründə həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVID Yardım” adlı yeni tibbi sığorta məhsulunu təqdim edir. Münasib qiymətlə təklif edilən məhsul sayəsində şirkət tibbi sığorta bazarındakı xidmətində fərq yaratmağa davam edəcək.

“COVID Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, 6 ay və 1 il müddətinə təklif edilir. Fərdi müştərilərimiz üçün məhsul üzrə sığorta haqqı, təminat müddətindən asılı olaraq, müvafiq şəkildə 159 AZN və 209 AZN təşkil edir.

Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19  İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Məhsul haqqında ətraflı məlumat, həmçinin, müraciət üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz.  Bundan əlavə, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və Instagram səhifələrinə yazmaqla da müraciət etmək mümkündür.

PAŞA Sığortanın sağlamlığınızın qayğısına qalacaq yeni məhsulu ilə virusa qarşı “neqativ” olun!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment