1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


AI-Azərbaycan arasında Əməkdaşlıq Şurası
21.12.2020

Əsas nəticələr:

18 dekabr 2020-ci il tarixində Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. Şura iclasına Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell sədrlik etdi və Qonşuluq və İttifaqın Genişlənməsi məsələləri üzrə Avropa İttifaqının komissarı Olivér Várhelyi iştirak etdi. Azərbaycanın nümayəndə heyətinə isə xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik etdi.

Əməkdaşlıq Şurası iclasında Aİ-Azərbaycan arasında birgə razılaşdırılmış Tərəfdaşlıq Prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, Aİ-Azərbaycan arasında yeni ikitərəfli razılaşmanın perspektivləri, koronavirus pandemiyası və onun təsiri, Dağlıq Qarabağ və onun ətrafında son dövrlərdə aparılmış genişmiqyaslı hərbi əməliyyatların ardından yaranmış vəziyyət nəzərdən keçirildi. 

Ali nümayəndə Josep Borrell bildirdi: "Aİ Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq istəyir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişaf etməsinə və əməkdaşlığımızın hüdudlarını daha da genişləndirməyimizə kömək edəcək". "Aİ Minsk Qrupu həmsədrləri ilə sıx komplementarlıq şəklində Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin dəstəklənməsində və formalaşdırılmasında rol oynamağa hazırdır. Bunu dəstəkləmək naminə sülh quruculuğu və yenidənqurma üzrə vasitələrimizdən istifadə etməyə hazırıq.” 

Qonşuluq və Genişlənmə üzrə komissar Olivér Varhelyi demişdir: “Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və bağlantılar kimi sahələrində əsas tərəfdaşıdır. Cənub Qaz Dəhlizinin tamamlanmasında bu il əldə olunan mühüm tərəqqiyə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaq istəyirik. COVID-19 pandemiyası kontekstində, o cümlədən ölkənin iqtisadiyyatının şaxələndirilməsinə və səhiyyə sisteminin bərpa olunma qabiliyyətinin gücləndirilməsində göstərdiyimiz dəstəklə ölkənin sosial-iqtisadi bərpası istiqamətində Azərbaycanla işləməyə davam edəcəyik. Əlavə humanitar yardımın göstərilməsi, münaqişənin əsaslı şəkildə həll olunması istiqamətində və daha uzunmüddətli sosial-iqtisadi inkişaf naminə çalışmaq üçün 10 milyon avro ayırmağa hazırıq.”

Tərəfdaşlıq Prioritetlərinin icrasını nəzərdən keçirərkən Aİ ilə Azərbaycan enerji sektorunda əməkdaşlığın çox gözəl olduğunu qeyd etdilər. Azərbaycandan ilk qazın Cənub Qaz Dəhlizi üzərindən 2020-ci ilin sonuna qədər göndərilməsi gözlənilir. Şura iclasında eyni zamanda Azərbaycanda demokratiya, qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqlar, xüsusən birləşmə azadlığı, ifadə azadlığı və media azadlığı ilə bağlı çağırışlar da nəzərdən keçirildi. Şurada, yeni hərtərəfli saziş və Ümumi Aviasiya Məkanı Sazişi ətrafındakı danışıqların vəziyyəti müzakirə edildi. 

Şura iclasında, COVID-19 pandemiyasının yaratdığı problemlərə də toxunuldu, və insanların həyat və yaşayışını, ölkədə cəmiyyət və iqtisadiyyatı yenidən bərpa etmək üçün Avropa İttifaqı tərəfindən Azərbaycanın səylərinə dəstək vurğulandı.

Aİ və Azərbaycan, cari ilin 10 noyabr tarixində hərbi əməliyyatlar dayandırıldıqdan sonra Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyət, Aİ-nin bərpa və barışıqdakı rolu, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Aİ-Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclası Aİ-Ermənistan arasında Tərəfdaşlıq Şurası iclasından bir gün sonra baş tutdu. Bu görüşlər Aİ-nin bölgədəki ölkələrlə tərəfdaşlığının və Aİ-nin bölgənin bərpasına və sülhün davamlı olmasına dəstəyinin vacib olduğunu bir daha xatırladır.

Əməkdaşlıq Şurasının iclası ərəfəsində Avropa İttifaqı 2019-cu ilin aprelindən bəri Azərbaycanda və Aİ-Azərbaycan münasibətlərində baş verən son hadisələr barədə hesabat yayımladı.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment