1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək
18.12.2020

Bu haqda dekabrın 18-də turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.

İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə qarşılıqlı iştirak, marketing tədbirlərinin keçirilməsi, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlər barəsində müzakirələr aparılıb.  

İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərinin turizm sahəsinə təsirindən danışıb. Agentlik sədri son illərdə Azərbaycan ilə Ukrayna arasında istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə uğurlu tərəfdaşlıq əlaqələrinin  genişləndiyini, Ukraynadan Azərbaycana gələn turistlərin sayının artan istiqamətdə olduğunu qeyd edib. Fuad Nağıyev pandemiya ilə əlaqədar təxirə salınan tədbirlərin postpandemiya dövründə davam etdiriləcəyini, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlərin təşkil olunacağını əlavə edib.

O, 30 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi və Qarabağın azad olunması barəsində məlumat verərək, hər zaman ölkəmizə dəstəyini ifadə edən Ukraynaya təşəkkürünü bildirib.

Onlayn təşkil olunan iclasda Ukrayna tərəfdən nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk çıxış edərək öz növbəsində Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini qeyd edib.

Görüşdə hər iki tərəfdən turizm üzrə dövlət qurumları ilə yanaşı, özəl təşkilatların və ictimai birliklərin nümayəndələri də çıxış edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment