1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycanda beynəlxalq səviyyəli sığorta təlimləri layihəsinə start verilib
10.12.2020

Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramı Azərbaycanda həyata keçirilir.

ASA-dan verilən məlumata görə, təlimlərə noyabr ayından start verilib. Çox sayda dinləyicinin iştirak etdiyi təlimin ilk istiqaməti sığorta sektoru üzrə aktuar ixtisasına həsr olunub. Sığortaçıların maliyyə dayanıqlığının təmin edilməsində əhəmiyyətli rolu olan aktuar təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında aktuarilərin bilik və bacarığının artırılması, eyni zamanda beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır.

Bildirilir ki, növbəti aylarda sektordakı Solvency II, IFRS-17, anderraytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, satış, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və TSEV - Türk Sigorta Enstitüsü Vakfı arasında əldə olunmuş razılığa əsasən reallaşdırılan bu layihənin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhvə verməkdir.

Bu təlim proqramları vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub. Təlimlər sığorta sektoru ilə yanaşı digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edir.

Proqram çərçivəsində həyata keçirilən aktuar təlimləri dörd mərhələdən ibarətdir və hər mərhələnin sonunda imtahanların keçirilməsi nəzərdə tutulub. Təlimlər və müvafiq imtahanlar TSEV-in Amerika, Kanada, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə aktuar üzrə beynəlxalq dərəcələr almış təlimçiləri tərəfindən onlayn formada təşkil edilir.

Ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsinin hər mərhələsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Azərbaycan sığorta sektorunun yeni inkişaf mərhələsində olduğunu nəzərə alsaq dünya təcrübəsini özündə ehtiva edən bu kimi layihələrin reallaşdırılması sektorun inkişafını sürətləndirən başlıca amillərdəndir. Uğurlu nəticələrlə təsdiqini tapmış beynəlxalq təcrübənin yerli sığorta bazarında da tətbiqi sektor üzrə proteksionist meyillərin beynəlmiləl çağırışlarla əvəz olunmasına əyani sübutdur. Nəticə etibarilə peşəkar sığortaçı kontingentinin genişləndirilməsi, yerli sığorta bazarında Türkiyə timsalında dünyəvi yanaşmanın tətbiqi müasir inkişaf mərhələsinin fundamental əsaslarını təşkil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment