1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Skolioz necə müəyyən edilir?
30.11.2020

Məlumatı  Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.

Bu gün biz skoliozun müayinəsi haqqında danışacağıq. Keçən dəfə biz qeyd etmişdik ki, skoliozun erkən diaqnostikası çox vacibdir. Bu xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyi üçün erkən müayinə bir o qədər yaxşıdır. Bu xəstəliyi effektiv nəzarətdə saxlamağa və əməliyyatsız müalicə şansını yaradır.

Nəzərə almaq lazımdır ki, idiopatik skolioz erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü biruzə vermir. Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşağınızda onurğa ağrıları yaranarsa mütləq fizioterapevt müayinəsinə aparın.

Skoliozun müayinəsi fizikal vizual baxışdan başlayır. Bu müayinədə bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır. Bu valideynlər üçün faydalı məlumatlardır. Beləliklə, biz pasiyentimizdə kürək və bel nahiyəsinin sağ və sol tərəfini simmetrik olub olmamasını qiymətləndiririk. Nahiyədə aşağıda qeyd olunmuş məqamlara diqqət yetiririk: Çiyinlərin səviyyəsi və qabarması, bel xəttinin  və çanağın simmetrik olması. Bu müayinə zamanı qeyd edilmiş yerlədə assimetriya aşkar edilirsə, bu skoliozun əlamətləri ola bilər.

Sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və biz pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub olmamasına fikir veririk. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Qeyd etdiyimiz kimi fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir. Daha ətraflı Mərkəzi Gömrük Hospitalının internet səhifəsində Dr.Səidə Kərimovanın rubrikasında oxuya bilərsiniz. Linki Sizə təqdim edirik:  https://customshospital.az/hekim-mesleheti-duz-qamet/. 


 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment