1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Daha bir neçə startap və şirkət İnnovasiyalar Agentliyi tərəfindən vergilərdən azad olundu
27.11.2020

25 noyabr 2020-ci il tarixində Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha  3 şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alındı.

“İTİCKET” MMC-nin “iTicket” layihəsinə, “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsinə və “LOF STUDIOS” MMC-nin bir neçə layihəsinə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olundu.

Yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.

İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli jurnalistlərə verdiyi müsahibəsində  Azərbaycanda ilk vençur fondu olan "Boğaziçi Ventures"un açılışından sonra Türkiyə ilə əməkdaşlıq imkanlarının artırıldığını qeyd etdi və qardaş ölkə ilə Qarabağda müştərək texnoparkın yaradılması planlarından bəhs etdi.

Rezidentlik alan layihələr:

– “İTİCKET” MMC-nin “iTicket” layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və süni intellektə (Al) əsaslanan platformadır. Konsert, teatr, idman, əyləncə və bir çox digər tədbirlərə bilet satışını reallaşdıran layihənin məqsədi Azərbaycan markası olan süni intellekt (Al) məhsulunu beynəlxalq bazara təqdim etmək və bazar payını artırmaqdır.

– “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsi günəş və külək enerjisi ilə şarj olunan yeni nəsil avtobusdur. Avtobus eko-texnologiyalar ilə təhciz olunub və ekeoloji cəhətdən tamamilə təmizdir. Layihənin məqsədi Azərbaycanda “Yaşıl” sənayeni inkişaf etdirmək, eyni zamanda “Yaşıl” sənaye üzrə yerli mütəxəssislər yetişdirməkdir. Layihə həmçinin “Made in Azerbaijan” brendini dünya bazarında yeni istiqamətdə tanıtmağı  hədəfləyir.

–  “LOF Studios” (Land Of Fire Studios) Azərbaycanda və qonşu regionlarda video oyunlar, mobil tətbiqlər, kinematoqrafiya kimi yüksək texnologiyalı rəqəmsal məhsulların hazırlanması və onların A-dan Z-yə qədər marketinq, nəşr və satışını həyata keçirən ilk çoxfunksiyalı  studiyadır. Studiyanın 4 növ layihəsi mövcuddur: “Project BOB” – kütləvi çox oyunçuluq, “VICON Motion Capture Systems” – hərəkətin ələ keçirilməsi sistemi, “ƏMƏK” Əhalinin Məşğuliyyət Klubu – işsizliyin aradan qaldırılması üçün “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq və “MEDYBOT” tibbi bot – bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin onlayn sifarişi və təşkili. Layihələrin əsas məqsədi işsizliyin qarşısını almaq, mobil tətbiq və video oyun sənayesini inkişaf etdirmək, bacarıqlı gənclərin bu sahədə inkişaf etməsinə dəstək göstərməkdir.

Beləliklə Pirallahı Yüksək Texnologiyalar Parkında rezidentlərin sayı 7-yə çatdı. Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 736 nömrəli 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə yaradılıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment