1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27.11.2020

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib.

Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb.

O, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsinin məhv edildiyini, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələrin erməni vandalizmi nəticəsində viran edilərək, xarabalığa çevrildiyini bildirib. Fuad Nağıyev, həmçinin işğal edilmiş torpaqlarda 67 məsciddən 63-nün dağıdılması, məscidlərin tövlə kimi istifadə edilməsi faktları haqqında danışıb və bütün iştirakçıları bu vandalizmi və barbarizmi qınamağa çağırıb.

Eyni zamanda Fuad Nağıyev Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə haqqında danışaraq, Azərbaycanı torpaqlarının azad edilməsi uğrunda apardığı haqq savaşında daim dəstəkləyən təşkilatın bütün üzvlərinə öz təşəkkürünü çatdırıb.  

O, bildirib ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılacaq. Fuad Nağıyev, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib.

Fuad Nağıyev çıxışında son illərdə Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi, pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün hökumət tərəfindən  təqdim olunan iqtisadi və sosial dəstək paketi haqqında iştirakçılara məlumat verib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq  pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

1984-cü ildən bəri hər il Türkiyə Respublikasının sədrliyi ilə İstanbulda təşkil olunan İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin sessiyasında bu il 35 ölkənin nümayəndə heyəti video-konfrans formatında iştirak edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment