1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB Füzuli rayonunda yeni filial açır
27.11.2020

Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı.

Bank BTB-nin İdarə Heyəti bankın filial şəbəkəsini genişləndirərək işğaldan azad olmuş Füzuli rayonunda müasir tələblərə və standartlara uyğun filial açacağı ilə bağlı qərar qəbul edib.

Füzuli rayon ərazisinin düşməndən təmizlənməsi prosesi və vətəndaşlarımızın normal şəraitdə yaşayışı üçün bərpa işləri yekunlaşdıqda Bank BTB bütün sakinlərə mövcud bank xidmətlərini göstərəcəkdir. Bank BTB-nin yeni üslubda qurulacaq Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ əmanətlər, kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edəcəkdir. Bölgə sakinləri bankımızın kənd təsərrüfatının inkişafına dəstək olmaq üçün təqdim etdiyi güzəştli şərtlərlə müxtəlif kredit məhsullarındanda yararlana biləcək.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün  müştərilərin xidmətindədir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment