1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
26.11.2020

Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaqla yanaşı, “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və s.) “ASAN İmza” əldə edə bilərlər.

Hələlik bu xidməti Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirmək mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Azerfon (Nar) mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, “ASAN İmza” sahibi olan müştərilər, müxtəlif əməliyyatlarını İnternet üzərindən həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən məsafədən bankçılıq xidmətinin üstünlüklərindən faydalanaraq bank əməliyyatlarını rahatlıqla  icra edə bilərlər. 

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment