1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank”da kadr dəyişikliyi
25.11.2020

“AccessBank” İdarə Heyətinin tərkibindəki dəyişiklikləri rəsmi olaraq bəyan edir. Belə ki, Bankın İdarə Heyətinin Sədri Anar Həsənov Bankı bu ilin dekabr ayının sonunda tərk edir. Cənab Həsənov 2002-ci ildə Bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Anar Həsənovun Bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni Sədrinin seçilib, Bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək Sədr vəzifəsini Yevqeniya Qaşikulina icra edəcək. 

“AccessBank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini belə şərh edib: “Anar Həsənov Bankda 18 il fəaliyyət göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə çatmağımızda onun əvəzsiz rolu var. Cənab Həsənov qərar verib ki, digər yerli bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin “AccessBank”ın Müşahidə Şurasının adından Anar Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm. Əminəm ki, yeni komandası Anar Həsənovun təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. “AccessBank” Azərbaycan bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin edib. Hazırda “AccessBank”ın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında mühüm vəzifələrdə işləyirlər. 

“AccessBank”ın həm Baş ofis, həm də filiallarda çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir. Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. “AccessBank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə  mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm.”

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment