1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib
24.11.2020

Ölkənin lider mobil operatoru “Azercell Telekom”, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirilir. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirir. Müayinənin sonra görmə qabiliyyəti zəif olan vətəndaşlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etmiş olduğu 1500 ədəd yüksək keyfiyyətli optik eynəklər paylanılır. 

Qeyd etmək lazımdır ki, Azercell şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün mütəmadi olaraq müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay “Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuşdu. Ümumdünya Görmə gününə təsadüf edən aksiya nəticəsində Azercell-in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlamlıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.

Azercell-in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən etibarən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvləri,  kimsəsiz uşaqlar və ahıllara təmənnasız şəkildə xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılması məqsədi ilə yaradılan Mobil Klinikaların xeyriyyə işindən hər il minlərlə insan yararlanır.

Azercell şirkəti bundan sonra da əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüslər həyata keçirməyi davam etmək niyyətindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment