1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tibbi yardım çantası necə yığılmalıdır?
24.11.2020

Yəqin ki hər birimizin ailəsində dərman qutusu var. Dərman qutunuzu yeniləməyin vaxtı deyilmi? Hər kəs evində çoxlu miqdarda dərman saxlayır. Bir çoxları ehtiyat üçün boğaz və hərarət salan spreylər, həblər alıb yığır. Digərləri isə ancaq xəstələndikdə dərman alırlar. Lakin evdə dərman qutusunun olması çox vacibdir. Bəs evdəki dərman qutusunda hansı dərmanların olması vacibdir?

Mərkəzi Gömrük Hospitalının https://www.facebook.com/customshospital  facebook səhifəsinə istinadən tibbi yardım çantası haqqında məlumatı təqdim edirik.

Evdə saxladığınız dərmanların hamısı bir qutuda cəmləşməlidir. Hər şeydən əvvəl, dərman qutusuna yığılan dərmanların hamısının saxlama müddətinə baxmaq lazımdır, müddəti keçmiş dərmanları mütləq qutudan çıxarıb atmaq vacibdir. Sonra növbə nə vaxtsa xəstələndiyiniz və müalicə aldığınız dərmanlarındır. Axı siz onlardan daha istifadə etmirsiniz. Onları da saxlamağın mənası yoxdur.

Dərman qutusunda yerə qənaət etmək üçün lazımsız kiçik qutular və təlimatları da ata bilərsiniz. Onları lazım gəldikdə İnternetdən çox asanlıqla tapa bilərsiniz. İndi gəlin görək, dərmanları qutuya necə yığaq ki, lazım olan an əlimizin altında olsun və bizi çaşdırmasın. 

Dərman qutusunda dərmanları 2 kateqoriya üzrə yığmaq lazımdır: növünə görə: həbləri ayrıca, suspenziyaları ayrıca, məlhəmləri ayrıca və s. Funksiyasına görə: ağrıkəsicilər ayrıca, öskürəkdən ötrü ayrıca, ürək-damar xəstəlikləri üçün ayrıca və s. Daha rahat ikinci kateqoriyadır. Bu kateqoriya üzrə dərmanları yığarkən əvvəl ağrıkəsiciləri, temperatur salanları və iltihabı aradan qaldıran preparatları düzün. Bunlarla yanaşı respirator xəstəliklərə qarşı olan dərmanları da düzmək olar. 

Sonra ürək-damar xəstəlikləri zamanı istifadə olunan dərmanları yığın. Bunlar hamımızın tanış olduğu Korvalol, Valerian, Nitroqliserin və Validoldur. İlk yardım kimi bu preparatlar əvəzolunmazdır. Bunlara mütləq naşatır spirti də əlavə edin. Təzyiq üçün dərmanlar da bu qutuda yer almalıdır. Yaxşı olar ki, dərman qutusunda mədə-bağırsaq pozuntuları zamanı istifadə olunan dərmanlar da olsun. Kəskin qarın və mədə ağrıları hər kəsi qəfil tuta bilər. Ona görə də, bu dərmanların əl altında olması vacibdir.

Dərman qutusunda vacib materiallara isə tənzifdən olan sarğı materialları, yod məhlulu, spirt, steril bintlər, pambıq, termometr, tonometr, şpris, əlcəklər və pipetkalar aiddir. Mazlar, şamlar, dəmləmələr soyuducuda ayrıca plastmas qutuda saxlanılmalıdır. 

Dərman qutusundakı bütün dərmanlar vaxtaşırı yoxlanılmalı, istifadə müddəti keçmiş preparatlar qutudan xaric edilməlidir.

Dərman qutusu uşaqlardan uzaq olmalı, adətən qaranlıq, quru, temperaturu⠀25°-dən aşağı olmayan rahat bir yerdə saxlanılmalıdır. Bu yer mətbəx, iş otağı, yataq otağı, eyvan və s. ola bilər. Lakin hamam otağında bu qutuya yer yoxdur, belə ki, buradakı rütubət dərmanların sıradan çıxmasına səbəb ola bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment