1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Həkim-neonatoloq Təranə Göyüşova beynəlxalq konqresdə çıxış edib
23.11.2020

Mərkəzi Gömrük Hospitalının həkim-neonatoloqu Təranə Göyüşova 18-20 noyabr  tarixlərində online keçirilən “Neonatologiyada yeniliklər” mövzusunda beynəlxalq konqresdə “Yenidoğulmuşların tranzitor halları” mövzusunda çıxış edib. Dr.Təranə Göyüşova çıxışında bildirib ki, yenidoğulmuş körpələrin yeni həyat şəraiti ana bətnindən - mayeli, isti və qaranlıq yerdən dünyaya – işıqlı, quru və soyuq yerə gələrkən meydana gəlir və körpələrdə tənəffüs, qan dövranı, bədən temperaturu şəraitə uyğunlaşmağa başlayır. 

Yenidoğulmuş uşaqlar doğuş anından nəfəs almağa başlayır və bu tənəffüsün tezliyi ilk həftədə dəqiqədə 30-dan 60-a qədər dəyişir. Dr.Təranə Göyüşova yenidoğulmuşlarda istilik tarazlığının tranzitor pozulmasına da toxunaraq, deyib: “Körpələrdə temperaturun pozulması nəticəsində onların bədəni asanlıqla soyuya və qıza bilər. İstilik itkisinin artması olan hipotermiya doğum otağında düzgün qulluq olmadığı hallarda baş verə bilər . Bu isə körpələrin qeyri adekvat tənəffüs almasına, oksigenə ehtiyacın artmasına və qanda şəkərin düşməsinə gətirə bilər.

Bunun tam əksi olan  hipertermiya isə bədən temperaturunun 38 dərəcəyə qədər yüksəlməsidir. Bunun nəticəsində körpələrdə susuzlaşma və su tarazlığının pozulması halı yaranır. Digər tranzitor hal sadə eritema – dərinin fizioloji qızarmasıdır. Bu, adətən yenidoğulmuşlarda həyatlarının 1 və 2-ci günündə ilk çimizdirildikdən sonra baş verir. Birinci həftənin sonuna yaxın bu qızartı itir.

Yenidoğulmuşların çoxunda görülən solğun qırmızı rəng əsasən alın, boynun ön tərəfi, burun kökü, göz qapaqları kimi daha çox orta xətdə yerləşən ləkələrdir. Körpələr bir neçə aylıq olunca müalicəsiz tam  solmağa başlayır və körpənin  bir yaşına qədər tam olaraq keçir. Bununla yanaşı yenidoğulmuşlarda fizioloji qabıqvermə də ola bilir. Adətən bu hal körpələrin həyatlarının 3-5-ci günü baş verir və 4-6 gün davam edir. Spesifik müalicə tələb etmir və qulluq zamanı adi yağla təmizlənir.

Yenidoğulmuşlarda sarılığın olması da tranzitor haldır. Həyatının 1-ci həftəsində əmələ gələn bu sarılıq qaraciyərin ferment sisteminin natamam inkişafı ilə bağlıdır. Bu sistem hemoqlobini parçalayır və bilirubini xaric edir ki, onun miqdarı dəri rənginin saralmasına gətirir. Bəzi yenidoğulmuşlarda həyatının birinci həftəsində sidik rənginin dəyişməsi müşahidə olunur ki, bu da digər tranzitor hallar kimi 1-ci həftənin sonunda öz-özünə keçib gedir”, – deyə o, əlavə edib. Çıxışının sonunda Dr.Təranə Göyüşova iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment