1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AQTA maarifləndirir”: Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir
23.11.2020

Qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır. 

Həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktorlardandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50 %-ni təsirsiz hala gətirə bilir.

Mütəxəssislər orta yaşlı şəxsin gündəlik 30 q-dək şəkər istehlakını tövsiyə edirlər. Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə artıq çəki və diabetin yaranmasına səbəb olur. Tez-tez aclıq, səbəbsiz davamlı yorğunluq, yaraların gec sağalması, diş çürüməsi, ağız boşluğunun quruması, sidik yollarının infeksiyası, ağızda və dildə ağ ərp formalaşması, quru dəri, konsentrasiyada çətinlik artıq şəkər istehlakı nəticəsində formalaşan fəsadlardandır. Həmçinin tərkibində həddindən çox şəkər olan məhsulların istehlakı gündəlik kalori qəbulunu artırır ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərin risk faktorlarından sayılır.

Şəkər istehlakını məhdudlaşdırmaq üçün qablaşdırılan məhsulların tərkibini diqqətlə oxumaq lazımdır. Məhsullarda fruktoza, laktoza, saxaroza, maltoza, qlükoza və dekstroza kimi elementlərin miqdarı nəzərə alınmalıdır. Şəkər, şokolad, şərbət və şirniyyatların əvəzinə meyvələrə, yəni təbii şəkər qaynağına üstünlük verilməlidir.

İnsan orqanizminə lazım olan enerji gündəlik qəbul edilən qida məhsulları ilə ödənilir. Təbii ki, sağlam və keyfiyyətli qida orqanizmimiz üçün enerji mənbəyi ola bilər. Meyvə və tərəvəzlərə üstünlük verməklə immun sistemimizi gücləndirə, orqanizmimizin infeksiya törədicilərinə qarşı dözümlülüyünü, müdafiəsini artıra bilərik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment