1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Aİ döyüş əməliyyatlarından zərər çəkmiş mülki vətəndaşlar üçün əlavə olaraq 3 milyon avro məbləğində fövqəladə yard&
20.11.2020

Dağlıq Qarabağ: Aİ döyüş əməliyyatlarından zərər çəkmiş mülki vətəndaşlar üçün əlavə olaraq 3 milyon avro məbləğində fövqəladə yardım ayırır

Komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir.

Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič demişdir: "Aİ münaqişənin təsirinə məruz qalmış bütün mülki əhalini dəstəkləməyə davam edir. Biz əlavə humanitar yardım göndəririk. Döyüş əməliyyatlarının dayandırılmasını alqışlayıram, beləliklə insanların daha çox əziyyət çəkməsinə yol verilməyəcəkdir. Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyasının təsiri ilə birlikdə sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən mən son dərəcə narahatam.” 

Bu fövqəladə yardım Aİ-nin humanitar tərəfdaşlarına döyüşlərin təsirinə məruz qalmış tərəflərə ərzaq, qış əşyaları, tibbi-sanitar təminatı, tibbi avadanlıq daxil olmaqla əsas yardımın göstərilməsində və digər əsas təminat əşyalarını çatdırılmasında kömək edəcəkdir. Aİ-nın hər bir humanitar yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir.

Ümumi məlumat

Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də başlayan hərbi qarşıdurma son 25 ildə münaqişənin ən ciddi şəkildə kəskinləşməsi halı oldu. Mülki infrastrukturun hədəf alınması və ya qadağan edilmiş klaster sursatlarının istifadəsi daxil olmaqla, Beynəlxalq Humanitar Qanunvericiliyin müxtəlif şəkildə pozulması halları bildirildi. Münaqişə səbəbindən bir çox mülki şəxs də daxil olmaqla yüzlərlə insan həyatını itirdi və minlərlə insan yaralandı. Altı həftə ərzində döyüş əməliyyatları yaşayış binalarına və məktəb, xəstəxana, yol və ya elektrik şəbəkələri daxil olmaqla yaşayış üçün mühüm infrastruktura ciddi ziyan vurdu və humanitar baxımdan uzunmüddətli nəticələrə səbəb oldu.  Qarşıdurmalar ağır artilleriya atəşi nəticəsində əhəmiyyətli sayda mülki əhalinin köçməsinə səbəb oldu. Aİ cavab tədbirini əlaqələndirmək üçün yerdəki humanitar tərəfdaşlarla mütəmadi əlaqə saxlayır.

Aİ Rusiyanın vasitəçiliyi ilə 9 noyabrda Ermənistan və Azərbaycan arasında razılaşdırılmış atəşkəsdən sonra hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Hər iki tərəf atəşkəsə ciddi şəkildə riayət etməlidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment