1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycan Beynəlxalq Bankı və BP-dən tələbələr üçün yeni fürsət
13.11.2020

Azərbaycan Beynəlxalq Bankı ilə BP şirkəti arasında IBA Tech Akademiyasının fəaliyyəti üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə IBA Tech Akademiyasına qəbul zamanı yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramının tətbiqini nəzərdə tutur. Belə ki, Akademiyaya yüksək balla qəbul olunmuş bir neçə tələbəyə onların proqramda iştirakının maliyyələşdirilməsi üçün Bank və BP şirkəti təqaüd verəcək. Bu isə IBA Tech-də öyrədilən proqramlaşdırma biliklərinin hər kəs üçün daha da əlçatan olmasına kömək göstərəcək. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məqsədi ölkəmizin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək olmaqdır. İndiyə qədər Akademiyada sosial layihə kimi təşkil edilmiş intensiv kurslarda 200-ə yaxın gənc informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnib. Akademiyanın məzunlarından bir qismi işə götürülərək Azərbaycan Beynəlxalq Bankında və Bankın törəmə müəssisələrində həyata keçirilən rəqəmsallaşdırma layihələrinə cəlb edilib. Ümumilikdə məzunların 70%-dən çoxu ölkəmizdəki 40-a yaxın şirkətdə öz  ixtisas profillərinə uyğun işə düzəliblər. İş təklifi alan digər məzunlar isə hələlik karyera həyatına başlamadan müxtəlif universitetlərdə bakalavr və magistr təhsillərini davam etdirirlər. 

IBA Tech Akademiyası yaxın günlərdə yeni qəbul proqramlarını elan edəcək və növbəti qəbuldan etibarən təqaüd proqramı tətbiq olunacaq. 

BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanın üzünmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olaraq BP şirkəti ölkə həyatının bir sıra mühüm sahələrində korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Təhsil məsələləri də bizim üçün əsas prioritetlərdəndir. Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırdığımız təqaüd proqramı, güman edirik ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyən gənclərimizin imkanlarını genişləndirəcək”. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib: “Bankımızın ötən il yaratdığı IBA Tech Akademiyası öz məqsədlərinə çatır. Əmək bazarında peşəkar informasiya texnologiyaları mütəxəssislərinin sayını artırır. BP kimi tərəfdaşlarımızın bu layihəyə marağı və dəstəyi isə layihənin əhəmiyyətini göstərməklə yanaşı, Akademiyanın fəaliyyəti üçün də yeni perspektivlər yaradır. İki böyük biznes qurumunun təhsil sahəsində birgə əməkdaşlığından qazanan cəmiyyətimiz olacaq”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment