1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF ilə Qırğızıstan İpoteka Şirkəti arasında görüş keçirilib
23.10.2020

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (Fond) ixtisaslaşmış xarici ipoteka və kredit zəmanət  təşkilatları ilə regional və beynəlxalq təcrübənin öyrənilməsi, habelə təcrübə mübadiləsinin həyata keçirilməsi işini bu gün də davam etdirir. 23 oktyabr 2020-ci il tarixində əməkdaşlıq çərçivəsində Fondla Qırğızıstan Respublikasının “Dövlət İpoteka Şirkəti” ASC arasında video formatda təcrübə mübadiləsi həyata keçirilib. Görüşdə Fondun və Qırğızıstan İpoteka Şirkətinin rəhbərliyi, habelə Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib. 

Görüş zamanı ilk olaraq Qırğızıstan nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, o cümlədən 27 sentyabr 2020-ci il tarixindən etibarən düşmənin hərbi təxribatları və Azərbaycan ordusunun öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə geniş məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanda qismən hərbi səfərbərlik elan edilib və artıq onlarla strateji yüksəklik, xeyli sayda yaşayış məntəqəsi və kənd düşmən işğalından azad edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini raket atəşinə tutması və mülki obyektlərə ziyan vurması barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkindirməyə səsləməlidir. Öz növbəsində, qarşı tərəf ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində Azərbaycanın haqq səsinin qardaş qırğız xalqı tərəfindən dəstəkləndiyini bir daha bəyan ediblər. 

Təcrübə mübadiləsi çərçivəsində qarşı tərəfə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin verilmə şərtləri, ipoteka kreditlərinə zəmanətlərin verilməsi qaydası, habelə “Elektron ipoteka və kredit zəmanət sistemi”, vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, mövcud elektron sistem ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib. 

Qeyd edək ki, “Dövlət İpoteka Şirkəti” ASC Qırğızıstan Respublikası hökumətinin təşəbbüsü ilə vətəndaşların yaşayış sahələrinə əlçatanlığının artırılması və mənzil təminatı probleminin həlli məqsədilə 2015-ci ildə təsis olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment