1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
23.10.2020

“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Üçüncü rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub. 2019-cu ilin 3-cü rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında “Unibank”ın faiz gəlirləri 8% artaraq, 64 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon manat olub.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 7% artım qeydə alınıb. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 86 milyon manata çatıb. 

2020-ci ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 95 milyon manat təşkil edib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 3 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib. 

İlin əvvəlindən 30 sentyabradək “Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib. 

Xalqımız, dövlətimiz, hər bir vətəndaşımız üçün çox vacib, taleyüklü, qürurverici bir tarixi yaşadığımız bu günlərdə, Unibank olaraq dövlətimizin yanındayıq. Unibank bu dəstəyini həm maddi, həm də mənəvi formada göstərir. Hazırda Bankın 20-dən artıq əməkdaşı torpaqlarımızın azadlığı uğrunda cəbhədə düşmənə qarşı döyüşür. Bank ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım  Fonduna 100.000 AZN məbləğində dəstək olub. Bankın əməkdaşları və müştərilərinə uBank mobil əlavəsi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olmaq və bonuslarını Fonda pul formasında hədiyyə etmək imkanı yaradılıb. Böyük Qələbədən sonra işğaldan azad olunmuş şəhərlərdə yeni filiallar açmaq, vətəndaşlarımızın və dövlətimizin inkişafına dəstəyi davam etdirmək Unibankın əsas hədəfləri sırasındadır. 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment