1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında həkim-sonoloq Dr.Tükəzban Abdullayeva
22.10.2020

“Həkim məsləhəti” rubrikasında həkim-sonoloq Dr.Tükəzban Abdullayeva  “USM müayinsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?” sualını cavablandırıb.

Hazırda Ultrasəs müayinəsi (USM)  tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu metod orqanizmə heç bir zərər yetirilmədən həyata keçirilir və daxili orqanlar haqqında dəqiq məlumat verilməsini, xəstəyə düzgün diaqnoz qoyulmasını mümkün edir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi daxili orqanların görüntülənməsi üçün istifadə edilir.

Pasiyentlər adətən hər hansı orqanda, məsələn, qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Təəssüflər olsun ki, çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Nəzərə almaq lazımdır ki, insan orqanizmində gizli başlayan xəstəliklər də olur. Bəzi onkoloji xəstəliklər, məsələn, süd vəzi xərçəngi ildən-ilə cavanlaşır. Hazırda bu xəstəliyə tutulanlar arasında hər yaş qrupundan olan insanlar var. Və heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Məsləhət görərdim, hər kəs heç olmazsa  özünü ildə 1 dəfə profilaktik müayinə etdirsin. Çünki bəzi xəstəliklər ağrısız, bədəndə hər hansı əlamət olmadan başlayır və pasiyent vaxtında ÜSM müayinəsindən keçərsə, hər hansı xəstəlik vaxtında aşkarlana bilər.

Düzdür, insanların çoxu ÜSM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, ÜSM tamamilə zərərsizdir. Belə olmasaydı,  həkimlər hamilə qadınları bəzən hər gün, bəzən də günaşırı ÜSM-dən, dopplerdən keçirməzdilər.

Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi  çox əvəzsiz  metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir. Belə ki, hər erkən diaqnostika vaxtında müalicə aparılmasını və xəstənin sağalmasını təmin edə bilər.

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment