1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir
21.10.2020

“AccessBank” bu günlərdə Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən kənarda qalmır. Bununla bağlı olaraq, Bank isti üst və alt geyimləri, gündəlik tələbat malları və gigiyenik vasitələri özündə birləşdirən individual hərbi dəstlər hazırlayıb. Dəstlər “AccessBank”ın cəbhəyani filialları tərəfindən yaxınlıqdakı hərbi hissələrə  - Silahlı Qüvvələrin sıralarına qatılanlara çatdırılıb.

“AccessBank” həmçinin müharibədən əziyyət çəkən mülki əhaliyə də humanitar yardım göstərib. Əsasən Bərdə və Ağcabədi ərazisində zərər çəkmiş sakinlərin gündəlik tələbatını ödəmək üçüb Bank müvafiq bölgələrin yerli icra qurumlarına yorğan-döşək, xırda məişət avadanlığı, birdəfəlik qablar yollayıb. Layihə  ASK - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə həyata keçirilib.

Qeyd edək ki, daha öncə  “AccessBank” baş verən məlum hadisələrlə bağlı olaraq, bankın cəbhəyani filiallarında, həmçinin hücumlara məruz qalan digər bölgələrdə işləyən əməkdaşları üçün təlimlərə start verib. Bərdə, Gəncə, Mingəçevir və Qazaxda həyata keçirilən təlimlərin əsas məqsədi filial əməkdaşlarını fövqəladə hallar zamanı atılacaq addımlar,  mülki müdafiə və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaq olub. 

“AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, Qarabağ və ətraf bölgələrdə cari vəziyyət davam etdikcə əhaliyə yardım göstərməyə davam edəcək. Bankın kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə soydaşları ilə həmrəydir, həmçinin cəbhə bölgəsinin əhalisinə hərtərəfli dəstək olmaqda  davam edir və hər bir azərbaycanlının tezliklə evinə qayıdacağına inamını bildirir.







 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment