1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının 18-ci Baş Assambleyası keçirilib
21.10.2020

2020-ci il, oktyabrın 19-da İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının 18-ci Baş Assambleyasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov iştirak edib. 

ECO CCI-a üzv olan ticarət və sənaye palatalarının nümayəndələrinin təmsil olunduğu tədbirdə ECO CCI-ın Baş katibi Adem Kula, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlı, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleimanpour və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Anjum Nisar son günlər ölkəmizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən aqressiya aktlarını pisləmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov Azərbaycanın haqlı mübarizəsində göstərilən dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib. V.Zeynalov 27 sentyabr tarixindən başlayaraq hazırki dövrə qədər baş vermiş bütün aqressiya aktları, eləcə də Gəncə şəhərinə  terror hücumları barədə qonaqlara geniş məlumat verib. O, bu dövr ərzində Azərbaycan sahibkarlarının dövlətimizin yanında olduğunu bir daha vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən nümayəndələr təşkilata üzv dövlətlər arasında pandemiya səbəbilə bir sıra məhdudiyyətlərin tətbiq edildiyini, bunun da öz növbəsində ticarətə mənfi təsir göstərdiyini bildiriblər. Təklif olunub ki, quruma üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar hazırlansın, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilsin, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılsın. Eyni zamanda, post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

Görüş zamanı, özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub. 

 

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment