1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Expressbank 2020–ci ilin III rübünü mənfəətlə başa vurub
20.10.2020

Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” ASC 2020–ci ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən,  ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın xalis faiz gəliri  20.1% faiz artaraq 23 milyon 960 min manat, 2020-ci ilin yanvar-sentyabr dövründə bankın cəmi əməliyyat mənfəəti isə 9 milyon 635  min manat təşkil edib.  Qeyri faiz xərclərinə  11% qənaət edərək Bank, cari ilin 9 ayını 7 milyon 426 min manat xalis mənfəətlə başa vurub. 

Sərfəli kredit tarifləri, müştərilərə göstərilən yüksək xidmət və xüsusi yanaşma hüquqi şəxslərin və sahibkarların banka olan etimadını və inamını artırır. Belə ki, keçən rüb ilə müqayisədə hüquqi şəxslərin və sahibkarların depozit portfeli 25%, yəni 4 milyon 679 min manat artaraq  23 milyon 150 min manat təşkil edib. Bankın biznes kreditlərində də artım müşahidə olunub, belə ki, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri üçün ayrılan kreditlərin həcmi 9.5 % artmışdır.

2020-ci ilin III-cü rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, keçən rüb ilə müqayisədə 30 sentyabr 2020-ci il tarixinə Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı yüksələrək  44.8%, məcmu kapitalın adekvatlıq əmsalı 49.1%, leverec əmsalı isə 34% təşkil edib. İkinci rüb ilə müqayisədə Bankın məcmu kapitalı  595 min manat yüksələrək 118 milyon 98 min manat təşkil edib.  Bu da, müəyyən edilmiş normativlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment