1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitlının travmatoloq ortopedi Müseyib Əhmədov
20.10.2020

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitlının travmatoloq ortopedi Müseyib Əhmədov  “ Ayaq burxulan zaman nə etmək lazımdır?” sualını cavablandırıb.

Gündəlik həyatımızda aşıq-daban oynağı bağlarının gərilməsinə, adətən el arasında deyildiyi kimi,  ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlirik. Oynaq bağları və vətərlərinə çox güclü dartılma tipli qüvvə təsir etdikdə, onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağlarının cırılması baş verə bilər.

Ehtiyatsız hərəkət edəndə, hamar olmayan səth üzərində gəzdikdə, zərbə dəydikdə, yıxıldıqda baş verən bu hallar  özünü ağrı, şişkinlik, qansızma, çətinliklə yerimə və oynaq hərəkətliliyinin azalması kimi əlamətlərlə göstərir. Ayaq burxulması çox vaxt ayaq biləyi və topuq sümüyünün normal yuvasından çıxaraq geri gəlməsi ilə meydana gəlir. 

Əgər burxulma şiddətli ağrılar vermirsə, bunu evdə müxtəlif müalicə üsulları ilə ən uzağı 2-3 həftəyə sağaltmaq mümkündür. Amma bağlarda qismən yırtılma olarsa, bu vəziyyətdə xüsusi ayaq sarğıları olan bandajlardan  istifadə etmək lazımdır. 

Burxulma zamanı ağır fəsadlar olmasın deyə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər ilk yardım kimi xəstənin ayağını soyuq su ilə yumaq, sonra  ağrı və şişkinliyi azaltmaq məqsədilə oynaq nahiyəsini elastik bintlə sarımaq olar. Lakin bandajı çılpaq ayağa deyil, yumşaq bir corab geyinərək onun üzərinə sarımaq  lazımdır. Əks təqdirdə zədələnmiş nahiyə daha çox ağrıya bilər və sağalma müddəti uzanar.

İlk yardım üçün xəstənin ayağına rahatlıq vermək lazımdır, piyada gəzmək olmaz. Zədələnmiş nahiyəyə dəsmala bükülmüş buz qoymaq da yaxşı nəticə verir. 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoymaq məsləhətdir. Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət vermək lazımdır. Bunun üçün ayağı qaldırıb hündür yerə, məsələn, yastığın və s. üzərinə qoymaq olar. Ayaq burxulması vəziyyətində qanı durulducu dərmanlardan və spirtdən istifadə etmək olmaz. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment