1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən Gəncədə olan abunəçilərə dəstək
17.10.2020

Ölkənin lider operatoru Gəncədəki abunəçilərinin balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırdı

“Azercell Telekom” şirkəti oktyabrın 17-də  gecə saatlarında Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndiyini bildirir.

Müstəqilik tariximizdə yaşadığımız ən gərgin və ağır dövrdə vətəndaşlarımızın yanında olan Azercell bu dəfə Gəncədəki abunəçilərinə rabitə dəstəyi göstərib. Bu məqamda Gəncədə olan insanların  daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda bu şəhərdə olan bütün abunəçilərinin balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib. 

Ümid edirik ki, bu, Gəncədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.

Xatırladaq ki, erməni təxribatlarına cavab olaraq rəşadətli ordumuzun əks-həmlə əməliyyatına başladığı ilk andan Azercell şirkəti xalqımızın, dövlətin və silahlı qüvvələrimizin yanında olub. 

Azercell şirkəti orduya dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat ianə edib. Bundan əlavə, əsgərlərimizlə yanaşı ağır informasiya müharibəsində savaşan jurnalistlərə, cəbhə bölgəsinə ezam edilmiş müxtəlif KİV işçilərinin hamısının balansına Azercell 100 manat köçürüb.

Azercell şirkəti bir daha bu kədərli anlarda Gəncədə raket hücumu nəticəsində həlak olan vətəndaşlarımızın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Yaralılara isə tez sağalmalarını arzulayır.

Hazırda qələbə naminə ön cəbhədə döyüşən şanlı ordumuz Azərbaycan bayrağını artıq Füzulidə dalğalandırdı! Cəsur əsgər və zabitlərimizə ruh yüksəkliyi və cansağlığı arzu edirik!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan ordusu! Qarabağa #gəlirik!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment