1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF-nin zəmanəti ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib
15.10.2020

İpoteka və Kredit Zəmanət Fondu (Fond) əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirir. 

2020-ci il ərzində Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Mexanizm çərçivəsində cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 mln. manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib. Həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 mln. manatadək nəzərdə tutulub. 

Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. 

Qeyd edək ki, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması artıq yekunlaşıb və elektron sistem tam istifadəyə verilib. Elektron sistem bütün prosesin tam avtomatlaşmasına, tələb olunan sənədlərin elektron qaydada real vaxt rejimində əldə olunmasına və qısa vaxt ərzində (5 iş günü) müraciətə baxılaraq qərar qəbul olunmasına imkan verir. Nəticədə, avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment