1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycanın ilk aqrar sığorta şirkəti Mərkəzi Bankdan - LİSENZİYA ALDI
15.10.2020

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində növbəti mühüm addım atılıb. 

Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyəti üçün lisenziya verib. Bu lisenziya ölkənni ilk aqrar sığorta şirkətinə sığorta fəaliyyəti həyata keçirməyə imkan verir. 

Yaxın günlərdə aqrar sığorta qaydalarının da qəbul edilməsi gözlənilir, bundan sonra aqrar sığorta sistemi işə düşəcək.

«Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə, ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib. 

Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.  

Aqrar Sığorta Fondundan verilən məlumata görə, «Aqrar sığorta haqqında» qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. 

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 000 000 (bir milyon manat) manat həcmində müəyyən olunub. 

Bununla yanaşı, güclü maliyyə dayanıqlığının təmin edilməsi və prudensial normalara əməl edilməsi məqsədilə şirkətin dövlətin müəyyən etdiyi minimum həcmdən daha böyük məbləğdə nizamnamə kapitalı formalaşdırmaq qərara alınıb. Təsisçilərlə əldə edilmiş razılığa əsasən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. 

Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər. 

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məhsulları və əkin sahələrini, eləcə də balıqları sığortalamaq mümkün olacaq.

İlkin mərhələdə südlük inək-camışların, 14 növ bitki üzrə əkin sahəsi və məhsulların sığortalanması nəzərdə tutulur. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və risklərin siyahısı genişləndiriləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment