1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman pediatr-neonatoloqu Dr.Telman Aytayev
14.10.2020

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman pediatr-neonatoloqu Dr.Telman Aytayev “Uşaqları xəstəliklərdən necə qoruyaq?” sualını cavablandırıb.

Havalar günü-gündən soyuyur. Məktəblərdə dərslərin başlanması və payız mövsümünün gəlişi ilə uşaqlar arasında xəstəliklər artır. Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər arasında ilk sırada kəskin respirator virus infeksiyaları durur. Yaz və payız aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz və payız aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.

Uşaqlar arasında ən çox yayılan infeksion xəstəlik influenza virusu  ilə bağlıdır.

Buna qarşı influenza peyvəndi var. 6 aydan sonra bütün uşaqlara bu peyvənd vurulmalıdır. Dünya üzrə statistika göstərir ki, bu peyvəndlərin uşaqlara vurulması xəstəliyi 60-70% azaldır. İnfluenza virusu uşaqlar üçün koronavirusdan da təhlükəlidir. Belə ki, influenzanın çox ağır fəsadları olur. Qrip influenza A və B viruslarının törətdiyi bir xəstəlikdir. Qripə tutulan insanda yüksək hərarət, sümük, əzələ ağrıları, kəskin baş ağrısı, öskürək, burun-boğaz tutulması kimi şikayətlər olur. 

Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s.-dir. Viruslarla yoluxma  asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklər olan anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s. xəstəliklərin kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin  respirator xəstəliklərlə tez-tez xəstələnmələridir. 

Uşaqlarımızı bu respirator xəstəliklərdən qorumaq üçün peyvəndlər vaxtında vurulmalıdır. Uşaqlar peyvənd olunmadıqda infeksion xəstəliklərin mikrobları ilə qarşılaşır və orqanizmdə  mübarizə apara biləcək immunitet olmur. Bu zaman onlar ən yüngül  xəstəliyi belə çox ağır və ağrılı keçirirlər. Körpələrin infeksiyalara qarşı ən böyük müdafiəçisi ana südü və peyvəndlərdir.

Orqanizmə yeridilən peyvənd sayəsində orqanizm həmin infeksiyanı tanıyır və ona qarşı immunitet yaranır. Peyvənd olunmuş uşaq ya o xəstəliyə tutulmur, ya da xəstəliyi yüngül formada  keçirir. Unutmayaq ki, qrip vaksini edilməsi körpənizin qripə yoluxması riskini tamamilə azaldır.

Peyvənd vurmadan öncə pediatr müayinəsi olduqca vacibdir. Peyvənd zamanı mütləq uşağın tam sağlam olmasına və peyvəndə heç bir əks göstərişin olmamasına diqqət etmək vacibdir. Məsləhətim budur ki, qabaqlayıcı və müdafiə xarakteri daşıyan  bu mühüm tibbi tədbiri təxirə salmamaq övladlarımızın sağlam gələcəyi üçün  olduqca vacibdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment