1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


Düşmən bank sektoruna qarşı uğursuz təxribata əl atmağa çalışır
13.10.2020

Hazırda müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə erməni vandallarından təmizləyir və şanlı bayrağımızı azad edilmiş şəhər, qəsəbə və kəndlərimizdə dalğalandırmaqda davam edir. 

Düşmən şanlı ordumuzun zərbələrinə davam gətirməyərək, döyüş meydanından qaçır, məğlubiyyətin çaşğınlığı içində özünün əsl simasını bir daha ortaya qoyaraq insanlıqdan kənar təxribatlarını davam etdirir, dinc əhalimizi, uşaq və qadınları, mülki obyektləri atəşə tutur. 

Beynəlxalq siyasi səhnədə böyük nüfuza malik olan Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlar və dünyanın aparıcı kütləvi informasiya vasitələrinə məharətlə çatdırır və düşmənin işğalçılıq siyasətini ifşa edərək ermənistanı beynəlxalq konvensiyalara, habelə  BMT-nin Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə riayət etməyə çağırır.

Bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq, çıxış yolunu təxribatlarını davam etdirməkdə görür. Belə ki, düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının və bankların adından vətəndaşlarımızın açıq istifadədə olan e-poçt ünvanlarına, “Telegram”, “WhatsApp” və digər şəxsi kommunikasiya vasitələrinə təxribat xarakterli elektron məlumatlar, saxta məktublar göndərilir və vətəndaşlarımızı banklardan öz vəsaitlərini çıxartmağa və digər əməliyyatlar aparmağa çağırış edirlər. 

Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislərimiz tərəfindən uğurla dəf edilir və əhalimiz hər zaman olduğu kimi həmrəylik göstərərək belə təxribatlara əhəmiyyət vermir. 

Azərbaycan Banklar Assosiasiyası olaraq, bir daha əhalimizdən, bank müştərilərindən xahiş edirik ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə öz bankaları ilə əlaqə saxlasınlar .

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment