1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət etdi
12.10.2020

Azərbaycan Sığortaçılar Assosiasiyası sentyabr ayının 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq sığorta şirkətlərinə müraciət edib.

ASA-dan verilən məlumata görə, sığorta şirkətlərinə ünvanlanan müraciətdə bildirilir ki, mövcud hərbi vəziyyəti, eyni zamanda bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır.

Müraciətdə o qeyd olunur ki, sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda sığorta təminatı nəzərdə tutulmasa da işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə köməklik göstərilsin.

“Çünki məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, - deyə, müraciətdə bildirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment