1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


İİTKM-də Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüş keçirilib
25.09.2020

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nümayəndələri ilə görüş keçirilib. İki qurum arasında əməkdaşlığın inkişafına həsr olunan görüşdə ilk olaraq İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. Bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət proqramlarının monitorinq və qiymətləndirmə institutu kimi strateji yol xəritələrinin və iqtisadi yönümlü dövlət proqramlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bundan başqa İİTKM-in nəzdində fəaliyyət göstərən Azexport, EnterpriseAzerbaijan portalları, eləcə də Rəqəmsal Ticarət Qovşağı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşması və prosesinin rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. R.Hüseyn əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə sığorta bazarının inkişafı etdirilməsi priotetlərdən biridir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də öz fəaliyyəti müddətində ölkəmizdə sığorta bazarının inkişafına, xüsusən də kənd təsərrüfatı sığortasının, icbari tibbi sığortanın inkişafın töhfə verməyə çalışıb. Hazırda da sığorta sahəsində düzgün kommunikasiyanın qurulması vacibdir. Bu səbəbdən də Mərkəzlə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığın dərinləşdirilməsi əhəmiyyətlidir..

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev də sığorta sahəsində aparılan işlərdə dövlət dəstəyinin olduğunu xüsusi vurğulayıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda bu sahədə atılan addımların beynəlxalq standartlara uyğunlaşdırılması üçün xeyli işlər görülüb. Bunların sırasında iki əhəmiyyətli istiqamət var: təbliğat və maarifləndirilmənin düzgün qurulması, eləcə də data məlumat bazasının formalaşdırılması. ASA rəhbərliyinin Azexport portalında sığorta xidmətlərinin yerləşdirilməsi haqqında təklifi İİTKM tərəfindən müsbət qarşılandı.  

  Müzakirənin yekununda İİTKM-lə ASA arasında əməkdaşlığın davam etdirilməsi üçün tədbirlər planının hazırlanması  və ekspertlər qrupunun formalaşdırılmasına dair razılıq əldə olundu.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment