1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!
25.09.2020

Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bank bu məhsulun çeşidlərini artırıb. İndi “Payment Ring” ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır. 

Qeyd edək ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi.

VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar. 

Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar.  Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. 

Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki “Payment Ring” ödəniş üzüklərinin sayı məhduddur. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment