1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Lənkəran Destinasiya Menecmenti Təşkilat ictimaiyyətə təqdim olunub
22.09.2020

Sentyabrın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Lənkəran Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimedilmə mərasimi keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionlarda turizmin inkişaf etdirilməsinin qurumun əsas məqsədləri sırasında olduğunu və Agentliyin buna xüsusi önəm verdiyini bildirib.

Lənkəran, Astara, Lerik, Masallı kimi rayonların Azərbaycanın ən səfalı turistik yerlərindən biri sayıldığını və turistlərin ən çox üz tutduğu istiqamətlərdən olduğunu qeyd edən Agentlik sədri ölkə üzrə turizmin proporsional inkişafında cənub bölgəsinin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, bu səbəbdən 3-cü Destinasiya Menecmenti Təşkilatının Lənkəranda yaradılması heç də təsadüfi deyil.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bu növ idarəetmə modeli ilə fəaliyyət göstərən təşkilatların yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulmasına, eləcə də insan resurslarının inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib.

Qeyd edək ki, Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda Şəkidə və Qubada Destinasiya Menecmenti Təşkilatları fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment