1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqının Çimərliyin Təmizlənməsi Tədbiri “Təmiz Dəniz səndən başlayır!” şuarı altında keçirilmişdir
21.09.2020

19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup (Aİ Çimərliyin Təmizlənməsi tədbirini) keçirmişdir.

Ətraf Mühit və Təbii Sərvətlər Naziri c-b Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir c-b Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri c-b Dainis Garançs tədbirdə iştirak ediblər.

Avropa İttifaqına Üzv Dövlətlərin Səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirdə iştirak etmişlər.

Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi dənizsahili ərazisində 5 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir. 

Tədbir COVİD-19 pandemiyası qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.

Qeyd etmək lazımdır ki, hər il sentyabr ayında Avropa İttifaqı sahilyanı ərazilərin təmizlənməsi ilə bağlı #EUBeachCleanup məlumatlandırma kampaniyaları təşkil etmişdir. 2019-cu ildə Azərbaycan da daxil olmaqla, təxminən 80 ölkədə 40,000 nəfərdən artıq könüllü səfərbər olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment