1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikasında yüksəkixtisaslı ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
19.09.2020

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının  yüksəkixtisaslı ümumi cərrahı, pasiyentlərin böyük rəğbətini qazanmış tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyevanı təqdim edirik. Dr.Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur.

Cərrah Aynur Səfiyeva ümumi cərrahi əməliyyatlar, yoğun bağırsaqlarda açıq və laparoskopik əməliyyatlar, kolorektal cərrahiyyə, bütün növ proktoloji əməliyyatlar, abdominoplastika, anal kanal patalogiyalarının diaqnostikası və bütün növ endoskopik müdaxilələr  üzrə ixtisaslaşmışdır. 

Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən AYNUR SƏFİYEVA 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O,  2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Bu zaman Aynur həkim həm də Gürcüstanın Tiflis şəhərində 1 saylı klinik xəstəxanasında cərrahiyyə üzrə diplomdansonrakı biriklərini təkmilləşdirib. O, həmçinin Türkiyə, İtaliya, Avstriyada da Kolorektal cərrahiyyə üzrə ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.

Dr. Aynur Səfiyeva ümumi cərrah kimi tibb fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə özəl tibb müəssisəsində konsultant-koloproktoloq kimi çalışıb. Dr. Aynur Səfiyeva 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah kimi çalışaraq uğurlu əməliyyatları ilə pasiyentlərin arasında böyük hörmət və rəğbət qazanıb. O, hal-hazırda “Kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti” mövzusunda doktorluq işi üzərində çalışır.

Bir sıra nüfuzlu beynəlxalq tibb dərnəklərin üzvü olan Aynur Səfiyeva Avropa Kolorektal Cərrahi Dərnəyin İdarə heyətinin üzvü və Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə ilk Milli təmsilçisidir. Həkim haqqında daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-sefiyeva/. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi (012) 404 08 08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment