1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18.09.2020

Sentyabrın 17-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesi nümayəndələrinin yeni kampaniyalar və proqramlar haqda məlumatlandırılması məqsədilə virtual görüş keçirilib.

70-ə yaxın turizm nümayəndəsinin qatıldığı onlayn görüşdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov iştirakçılara Büronun pandemiya dövründə turizmin bərpası üçün hazırladığı yeni layihələr və keçirilən virtual tədbirlər haqda danışıb.

Bəhruz Əsgərov təqdim olunan bu layihələrin turizm sənayesinin bərpa edilməsinə dəstək olacağını, eyni zamanda müxtəlif turizm məhsullarının tanıdılması üçün yeni imkanlar açacağını deyib.

Görüş çərçivəsində iştirakçılara gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədini daşıyan yeni rəqəmsallaşdırma layihəsi haqda geniş məlumat verilib.

Virtual toplantıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə keçirilən layihədə iştirak etmək qaydaları və müraciət edənlər üçün meyarlar açıqlanıb.

Görüş çərçivəsində “Macəra yaxındadır” kampaniyası və oktyabrın 14-də keçiriləcək “Travel Business Azerbaijan Online 2020” tədbiri haqda da geniş məlumat verilib.

Göstərilən təqdimatda platformadan istifadə qaydalarından, tədbirə qatılmağın iştirakçılara qazandıracağı üstünlüklərdən, sponsorluq paketlərindən və digər məsələlərdən danışılıb və iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun təqdim etdiyi layihəyə qeydiyyat və layihələrin qəbulu sentyabrın 25-dək keçərlidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment