1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Həkimlərimizi tanıyın!" rubrikasında yüksəkixtisaslı həkim-funksionalist Dr.Gülər Miriyeva
16.09.2020

"Həkimlərimizi tanıyın!" rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının  uzun illər tibbin funksional diaqnostika sahəsində çalışan, neyrofizioloji tədqiqatlar üzrə yüksəkixtisaslı həkim-funksionalist Dr.Gülər Miriyevanı təqdim edirik.

Dr.Gülər Miriyeva Mərkəzi Gömrük Hospitalında beynin funksional aktivliyini müəyyən edən epilepsiya diaqnostikasını,  Elektroensefaloqrafiya (EEQ), Elektroneyromioqrafiya (EMQ), əzələ və periferik sinirlərin müayinəsini, birincili əzələ patologiyası olan miopatiyanı, İkincili nevral patologiyaların müayinəsi ilə məşğul olur.  

Dr. Gülər Miriyeva 1972-1978-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. O, 1978-1979-cu illərdə 1 saylı şəhər xəstəxanasında ümumi terapiya ixtisası üzrə  internatura keçmişdir. Dr.Gülər Miriyeva 1979-2011-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-funksionalist kimi çalışmışdır. O, 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-funksionist kimi fəaliyyət göstərir. 

Xəstəliklərin erkən diaqnostikasında eləcə də diaqnozun təsdiqlənməsində funksional diaqnostikanın mühüm əhəmiyyəti vardır. Funksional diaqnostika ilə məşğul olan həkimlərin xüsusilə yüksək peşəkarlığa və geniş məlumata sahib olmaları müalicənin effektiv davam etdirilməsi üçün vacib nüanslardandır. Bu baxımdan Dr.Gülər Miriyeva elektroensefaloqrafiya (EEQ) və elektroneyromioqrafiya (EMQ) müayinələri üzrə özünü xüsusilə təkmilləşdirmiş və nevroloji xəstəliklərin erkən diaqnostikası üzrə yüksəkixtisaslı mütəxəssislərdən birinə çevrilmişdir.

40 ildən çox əmək təcrübəsinə malik olan Dr.Gülər Miriyeva hər zaman öz üzərində çalışır, daim tibbi yenilikləri diqqətlə izləyir və müalicə zamanı sübutlu təbabət prinsiplərinə əsaslanaraq peşəkar fəaliyyət göstərir. Uzun illər ərzində o əldə etdiyi geniş təcrübəni hər bir xəstəyə fərdi yanaşma tətbiq edərək istifadə edir və xəstələrin ən qısa müddət ərzində şəfa tapması üçün yorulmadan çalışır.

2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-funksionalist kimi çalışan Dr.Gülər Miriyeva bir çox yerli və beynəlxalq tədbirdə, eləcə də təkmilləşdirmə kurslarında müvəffəqiyyətlə iştirak edib, yüksəkixtisaslı kadr olma yolunda əzmlə çalışıb. Məhz elə bu səbəbdəndir ki, xəstələr Dr.Gülər Miriyevanı yüksək insani keyfiyyətlərə malik sevimli və peşəkar həkim kimi tanıyırlar. 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/guler-miriyeva/. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment