1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunmasına başlanıldı
15.09.2020

Azərbaycan Respublikası Prezidentinin ölkədə aztəminatlı əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı verdiyi tapşırıqların icrası Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır və ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərinə səmərəli və effektiv çıxışının təmin edilməsi istiqamətinə müvafiq tədbilər həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanmış “Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulmuşdur. 

Banklar  tərəfindən aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunması ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Banklar Assosiasiyası

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment