1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını açıqladı – RƏSMİ
14.09.2020

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu gün keçirdiyi mətbuat konfransında mediaya yeni fəaliyyət konsepsiyasını açıqlayıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev media mənsublarını salamlayaraq, onlara sığorta maarifləndirməsi və yerli bazar ilə bağlı doğru məlumat yayımını həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. A.Əliyev qeyd edib ki, yerli sığorta bazarının yeni mərhələdə dayanıqlı inkişafı üçün kifayət qədər potensial var və Assosiasiya bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək:

“Azərbaycanın sığorta bazarı inkişaf yolunda sağlam addımlarla irəliləyir. Doğrudur, bütün dünya iqtisadiyyatları və müxtəlif sektorlarda olduğu kimi maliyyə institutunun əsas qolu olan sığorta sektoru da COVID-19 pandemiyasından bu və ya digər formada neqativ yöndə təsirləndi. Amma Azərbaycanda qurulmuş sağlam iqtisadi inkişaf modeli və vaxtında həyata keçirilən priventiv tədbirlər nəticəsində sığorta bazarı daha böyük miqyaslı neqativ təsirlərdən yayına bildi. Növbəti mərhələ çox önəmlidir. İlk növbədə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını məhz bu reallıqları nəzərə alaraq hazırlayıb”.

Daha sonra konsepsiyanın detalları media mənsublarının diqqətinə çatdırılarkən, yeni konsepsiya funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan bütün elementləri özündə ehtiva etdiyi bildirilib. Vurğulanıb ki, yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev qeyd olunan konsepsiyasının orta və uzunmüddətli perspektivdə uğurlu nəticələrə nail ola bilməsi üçün medianın və informasiya siyasətinin önəmini və rolunu xüsusi olaraq vurğulayıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment