1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikasında Təcili yardım şöbəsinin rəisi Dr. Rəna Qasımova
11.09.2020

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Hospitalın yüksəkixtisaslı həkimi, həm kollektivin, həm də pasiyentlərin böyük rəğbətini qazanmış Təcili yardım şöbəsinin rəisi Dr. Rəna Qasımovanı təqdim edirik.

Pasiyentlərinə qayğı ilə yanaşan, öz peşəsini sevən təcrübəli həkim Rəna Qasımova Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsində reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstələrin təcili qəbulu, diaqnostik müayinələrin aparılması, kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələrin vəziyyətinin dəyərləndirilməsi və təxirəsalınmaz tibbi müdaxilələr vasitəsilə xəstələrin vəziyyətinin satbilləşdirilməsi ilə məşğul olur. Hospitalımıza daxil olan COVİD-19 xəstələrinə ilk baxış və yardım məhz onun rəhbərliyi altında Təcili yardım şöbəsində göstərilir.

Dr. Rəna Qasımova 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil almış, 1987-1988-ci illərdə M.N Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında terapiya ixtisası üzrə internatura təhsili almışdır. O, təhsilini davam etdirərək 2010-cu ildə Avstriyanın Vyana şəhərində Allgemeines Krankenhaus Hospitalının Təcili yardım şöbəsində travmatologiya ixtisası üzrə internatura keçmişdir. 

Dr. Rəna Qasımova 2002-2003-cü illərdə Səudiyyə Ərəbistan Krallığının Əl-Baha şəhərində Raqadan İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-cü ildə Balcuraşi İlk Tibbi Yardım Mərkəzinin şöbə müdiri, 2007-ci Səudiyyə Ərəbistanı Krallığının Əl-Baha şəhərində Balcuraşi klinik xəstəxanasının İlk Yardım şöbəsində həkim, 2004-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində Aciyad Hospitalın Təcili Yardım şöbəsində həkim kimi çalışıb. Dr. Rəna Qasımova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi kimi fəaliyyət göstərir. 

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən təcrübəli həkim Rəna Qasımova müxtəlif illərdə xarici ölkələrdə keçirilən ilk tibbi yardımla bağlı təkmilləşdirmə kurslarında iştirak edib. O, 2004-ci ildə Səudiyyə Ərəbistan Krallığının Əl-Baha şəhərində King Fahad Kliniki Hospitalında “İlk Tibbi yardımın əsasları” təlimində, 2005-ci ildə King Fahad Kliniki Hospitalında “Epilepsiya zamanı ilk tibbi Yardım” təlimində, 2007-ci ildə Amerika Cərrahlar kollecinin “Ağır travmalarda həyata dəstək” təlimində, 2010-cu ildə Avstriyanın Zalsburq şəhərində “Uşaqlara ilk tibbi yardım” təlimində və 2019-cu ildə Türkiyənin “TC Sağlık Bakanlığı” təşkilatının dəvəti ilə İzmir şəhərində keçirilən Beynəlxalq Tibbi personalın təlimi proqramında iştirak etmişdir.

Məhz Hospitalın Təcili Yardım şöbəsində lazımi ilk tibbi yardım sayəsində xəstələrin vəziyyətinin ağırlaşmasının qarşısı alınır və müalicəsinin uğurla davam etdirilməsinə şans verilir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/rena-qasimova. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 (012) 404-08-08

 Bakı, K.Kazımzadə, 118

#Rənaqasımova #təciliyardımşöbəsi 

#ilktibbiyardım #həkimlərimizitanıyın #rubrika

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment