1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Florian Zenqstşmid: “Azərbaycanda səyahətçilərin marağını cəlb edəcək əsas amil insanların qonaqpərvərliyidir”
08.09.2020

Sentyabrın 7-də dünya turizm sənayesi üzrə tanınmış “Travel Awards” təşkilatı tərəfindən “Dünya Səyahət Sammiti 2020” adlı virtual onlayn konfrans keçirilib. “Yeni normalda səyahət” ("Travel - in the new normal") mövzusunda keçirilmiş tədbirdə müxtəlif ölkələri təmsil edən 17 spiker turizm və səyahət sənayesinin gələcəyi və perspektivləri barədə çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Dünyaya yeni baxış – Azərbaycan necə uyğunlaşır” mövzusunda təqdimatla çıxış edib.

F.Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənayə sahəsi olduğunu, “yeni normal” adlandırılan dövrdə daha məsuliyyətli və dayanıqlı turizmin inkişaf etdirilməsinin vacibliyini bildirib O, həm səyahətsevərlərin, həm də turizmçilərin yeni davranış qaydaları və vərdişlərinə yiyələnməli olduğu postpandemiya dövründə turizmin inkişafı üçün üstünlük veriləcək məqamlardan danışıb. Sosial məsafənin qoruna biləcəyi açıq havada və təbiətdə kənd turizmi və eko-turizmin əhəmiyyətinin artması kimi amilləri qeyd edib.

Baş icraçı direktor Azərbaycanın malik olduğu çeşidli turizm imkanlarından, o cümlədən turizmin müxtəlif növlərini  inkişaf etdirməyə imkan verən əlverişli iqlimə malik olmasından, sayına görə dünyada birinci yerdə olan palçıq vulkanlarından, təbii müalicəvi sulardan, Xınalıq, Basqal kimi unikal məkanlardan, qastronomiya imkanlarından, zəngin mədəni-tarixi irsdən, etnik müxtəliflikdən, alman, yəhudi, polyak kimi irslərinin qorunub saxlanmasından bəhs edib. Bütün bunlarla yanaşı, Azərbaycanda səyahətçilərin əsas marağını cəlb edəcək amillərdən ən önəmlisinin insanların qonaqpərvərliyi və turistlərə isti münasibətin olduğunu bildirib.

Daha sonra turizmin bərpası üçün pandemiyadan sonrakı planlar və layihələr, “SAHMAN” proqramı və Turizm Təlim və Sertifikasiya Mərkəzi və s. layihələr və görülən işlər barəsində ətraflı məlumat verilib. F.Zenqstşmid, həmçinin beynəlxalq turizm sənayesinin nümayəndələrini oktyabrın 14-də keçiriləcək “Travel Business Online Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.

Çıxışın sonunda Azərbaycan turizmi ilə bağlı suallar cavablandırılıb.

Konfransda Avstraliya Turizm Palatasının sədri Con Hart, Amerika Hotel və Qonaq Evləri Assosiasiyasının prezidenti Uilyam Rocers, Seyşel Adalarının Turizm Bürosunun Baş icraçı direktoru Şerin Frensis və Portuqaliyanın Milli Turizm Agentliyinin prezidenti Luis Arauho kimi nüfuzlu turizm mütəxəssisləri də iştirak edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment